Türkiyə Super Liqasında 2022/2023 mövsümünün çempionu müəyyənləşib.
Bakupress.az xəbər verir ki, “Qalatasaray” bu uğuru 36-cı turda rəsmiləşdirib.
“Sarı-qırmızılar” səfərdə “Ankaragücü”nü 4:1 hesabı ilə məğlub etməklə çempionluğunu vaxtından əvvəl təmin edib.
“Ankaragücü” 1:4 “Qalatasaray”
Qollar: Milson, 16 - İkardi, 7, 38, Barış Yılmaz 73, Oliviera, 78
Qeyd edək ki, bu, İstanbul təmsilçisinin 23-cü çempionluğudur.