Ərdoğanın andiçmə mərasimi bu vaxt keçiriləcək

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin tarixi məlum olub. 

Bakupress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim iyunun 3-də keçiriləcək.

 
 

Həmin gün kabinet üzvlərinin andı gözlənilir və yeni hökumət işə başlayacaq.

Qeyd edək ki, mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçilib. Mərkəzi Seçki Komissiyası da səsvermənin yekun nəticələri açıqlayacaq.

0.044187068939209