Yaş həddi ilə əlaqədar insanların əmək fəaliyyətinin dayandırılması dzgün deyil.
Bakupress.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
“Əgər şəxsin əmək fəaliyyəti, sağlamlığı qaydasındadırsa, yaş həddinə görə bu, məhdudlaşdırılmamalıdır. Təklif edirəm ki, Əmək Məcəlləsində dəyişiklik edək. Bu məqamda yaş həddinin 65 deyil, 70-ə qaldırılması yaxşı olar. Bu təklif hökumət tərəfindən də dəstəklənərsə, qanun layihəsi tez bir zamanda hazırlana bilər”,- deyə deputat qeyd edib.