Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayacaq.
Bakupress.az-ın məlumatına görə, 58 kiloqram çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib. Turnir iyunun 4-də başa çatacaq.