Parlament seçkilərinin yekun rəsmi nəticələri nə vaxt elan olunacaq?

Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərinin yekun rəsmi nəticələri bu gün və ya sabah elan olunacaq.

 

Bakupress.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Komissiyasının sədri Ahmet Yener məlumat verib.

 

Onun sözlərinə görə, 28-ci çağırış parlament seçkiləri ilə bağlı etiraz dosyeləri nəzərdən keçirilməkdədir.

 

"Yalnız bu proses başa çatdıqdan sonra nəsə demək mümkün olar. Bu gün və ya sabah deyək", - o qeyd edib.

 
0.078871011734009