Türkiyənin hakim Ədalət və İnkişasf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım prezident seçkilərində məğlub olan CHP lideri Kamal Kılıçdaroğluna söz atıb.
Bakupress.az xəbər verir ki, Yıldırım bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Kamal bəy, üzə vurur ifadəsi, yenə qazandıq bir dənəsi, nöqtə”, - paylaşımda deyilir.
Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan seçicilərin 52%-nin dəstəyini qazanaraq növbəti dəfə prezident seçilib.