Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda qələbə qazandığını elan edib.
Bakupress.az xəbər verir ki, bu barədə o, İstanbulda çıxışı zamanı bildirib.
Çıxışına musiqi oxumaqla başlayan Ərdoğan seçkilərdə iştirak edən hər kəsə təşəkkür edib.
"Hər kəsi təbrik edirəm. Növbəti 5 ildə ölkəni idarə etmək üçün bizə səs verən millətimə təşəkkür edirəm", - o deyib.