Viktor Orban Ərdoğanı TƏBRİK ETDİ

Macarıstan Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

 

Bakupress.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

 

"Prezident R.T.Ərdoğanı seçkilərdə şübhəsiz qələbəsi münasibətilə təbrik edirəm!", - o bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.

0.067785024642944