Nazirliyin xanım əməkdaşının ölkədən çıxışına qadağa qoyulur - Maraqlı faktlar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasim qızı Rasimli barəsində məhkəmə iddiası qaldırıb.

Bakupress.az xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatına verilib.

Bildirilir ki, məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.

Kəmalə Rasimli həm də sahibkardır... Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasimli həm fiziki şəxs (VÖEN – 1001630942), həm də hüquqi şəxsin rəhbəri kimi vergi ödəyicisidir.

Kəmalə Rasimlinin rəhbərlik etdiyi hüquqi şəxsin - "Aysberq KMT” MMC-nin (VÖEN-1003279381) hazırda (23.05.2023-cü il tarixinə) dövlət büdcəsinə 27 min 898 manat 35 qəpik vergi borcu olduğu bildirilir.

Məlumat üçün bildirək ki, "Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı "Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir.

2021-ci ildə Bakı Dövlət Universiteti (BDU) tərəfindən elan olunan 4 tender müsabiqəsinin (Açıq tender) qalibi "Aysberq KMT” MMC olub və tenderlərin ümumi dəyəri 127 min 652 manat 10 qəpik olub.

"Aysberq KMT” MMC aşağıda qeyd olunan beynəlxalq konfranslar üçün BDU-ya iş və xidmətlər təqdim edib:

- Lütfi Zadənin 100 illiyinə həsr olunan "Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans – 23 min 523 manat,
- "Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans – 44 min 648 manat 70 qəpik,
- "Hüquq” mövzusunda beynəlxalq elmi konfrans – 34 min 281 manat 40 qəpik,
- "Nizami Gəncəvi 880” mövzusunda beynəlxalq elmi konfrans – 25 min 199 manat.əmək haqqı alan vəzifəli şəxsdir.

Məlum olduğu kimi, Zoologiya İnstitutu daha əvvəl AMEA-nın tərkibində olub. Kəmalə Rasimli onu məhkəməyə verən qurumun da tenderini udub

Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi isə fiziki şəxs Kəmalə Rasimli Rasim qızı olub. Kəmalə Rasimli İqtisadiyyat Nazirliyinə tərcümə xidmətləri göstərəcək və qarşılığında 21 min 616 manat alacaq.

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Kəmalə Rasimli vergi borcunun olduğunu təsdiqləyib və əlavə edib ki, hazırda məhkəmə prosesi davam edir: "Məhkəmə prosesinin sonunda məlum olacaq ki, vergi borcum var, yoxsa-yox. Əgər məhkəmə vergi borcumun olduğunu təsdiqləyərsə əlbəttə ki, ödəyəcəyik”. 

0.053470134735107