Seçki qutularının yanından ayrılmayın - Ərdoğandan çağırış

 

Bakupress.az xəbər verir ki, o bu barədə tviter hesabında yazıb.

 

“Səhər tezdən məntəqələrdə vəzifələrini yerinə yetirən hər bir mübarizə yoldaşıma təşəkkür edirəm. Nəticələr dəqiq məlum olmamış bütün qardaşlarımızı seçki qutularının yanından ayrılmamağa çağırıram. İndi millətimizin iradəsini son ana qədər qorumaq vaxtıdır”, - Ərdoğan bildirib.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. 

 

Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.

0.033756017684937