Yaponiyalı aktyor Koji Yakuşo 76-cı Kann Film Festivalında ən yaxşı aktyor mükafatına layiq görülüb.
Bakupress.az xəbər verir ki, bu barədə festivalın "Twitter" səhifəsində məlumat verilib
Ən yaxşı qadın rolu mükafatı türkiyəli Merve Dizdara verilib.
Koji Yakuşo mükafatı alman kinorejissoru Vim Vendersin “Mükəmməl günlər” filmindəki işinə görə alıb. Aktyor Tokiodan olan tualet təmizləyicisi rolunu oynayıb. Merve Dizdar türkiyəli rejissor Nuri Bilge Ceylanın "Quru otlar haqqında" filmindəki roluna görə mükafat alıb.
Bu il Qızıl Palma budağı uğrunda 21 film mübarizə aparıb. Münsiflər heyətinə isveçli rejissor Ruben Östlund rəhbərlik edib.