Cəlilabad və Masallı meşələri yenə nehrə kimi çalxalanır, Muxtar Babayev hara baxır? - İTTİHAM

Cəlilabad rayonundan olan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarından birinin Nyus.Az saytına verdiyi məlumatda bildirilir ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində xaos hökm sürür. Beləki Cəlilabad meşəbəyliyinin1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında kütləvi qırıntı ("yaşıl soyqrım") faktları vardır. 

Sözügedən ərazilərdə olan, lakin adları "Qırmızı Kitab"a düşmüş ağac cinsləri kustar üsulla hazırlanan kömür istehsalı, çiyələk əkinlərinə paya və işlik material kimi isə sexlərə kəsilərək daşınır."Meşə işçilərinin bəziləri araq içərək öz aralarında danışırlar ki, nə gözəl vaxtdır, əcəb kef çəkməli əyyamdır, şikayətə baxan yox və s... Muxtar Babayev kimi belə sadəlövh nazir çətin tapmaq olar. Çünki o, bizi yola verir, hər nazımıza dözür və nöqsanımıza göz yumur.

Sabiq nazir Hüseynqulu Bağırov 5 yaş ağaca görə gözətçini işdən azad edir və üstəlik ayağına cərimə də yazırdı, Babayev isə belə deyil.

Görün nə vəziyyətdir ki, Göytəpə meşəbəyliyinin gözətçisi Natiq Salayevin gözətçisi olduğu dolayı yaxın qohumu olan Faiq kişi idarə edir və həmin dolayda olan 60 hektardan çox biçənək pulların qeyri-qanuni olaraq meşə işçiləri ilə birlikdə yığıb yeyib.

Həmçinin Göytəpə meşəbəyliyinin 13 və 16 saylı dolaylarında da
2 000 manatdan çox biçənək pulları yığılıb yayılıb.

Bu pulları 13 və 16 saylı dolayın gözətçisi Sərraf Əliyevlə Mehman Abbasov tək yeməyib.Bizə çatan məlumata görə, Cəlilaabad meşələrinin meşəbəyisi Elman Əliyev 15 000 manatdan çox biçənək pulu qeyri-qanuni olaraq yığaraq yeyib. Elman Əliyev deyib ki, məgər mən, bu qədər pulu tək yeyə bilərəm?. Əlbəttə ki, yox. Sabah bunun üstə açılsa, mənim də istintaqda deməyə sözüm var.

Bundan əlavə Masallı meşələrinin Yeyənkənd və Qəriblər meşəbəyliyindən yığılan
20 000 manatdan çox biçənək pulu yığılaraq yeyılıb.

",- deyə mənbə qeyd edir.

Redaksiyamıza şikayət verən və özünü meşələrin danışan (canlı) ensiklopediyası adlandıran, lakin adının çəkilməsini istəməyən şəxs bizim sayt vasitəsilə bir başa Ölkə Başçısı cənab İlham Əliyevdən kömək istəyir.

Ümid edirik Baş Prokurorluq yuxarıda səsləndirilən iddiaları nəzarət götürüb qanuna müvafiq şəkildə araşdırma aparıb tədbir görüb, bizə də məlumata verəcək.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq
 

0.05476713180542