Xətai rayon sakinləri aksiyaya hazırlaşır-İcradan ŞİKAYƏT

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 80 ünvanında yerləşən ikimərtəbəli qəzalı vəziyyətdə olan binanın sakinlərinin problemi bitmək bilmir.

Bakupress.az  xatırladır ki, bu binada yaşayan 17 ailə uzun illər ağır şəraitdə yaşamağa məhkum olunmuşdular. Binanın hər an uçub dağılmaq təhlükəsi vardı. Onların harayı xeyli müddət mediada, sosial şəbəkələrdə ucaldılsa da, aidiyyatı qurumlardan eşidən yox idi. Nəhayət bu ilin əvvəlində haraya cavab gəldi. Belə ki, binanın sökülüməsinə qərar verildi. Əvəzində isə sakinlərə  mənzillərin hər kvadratmetri üçün 1500 manat kompensasiya nəzərdə tutulduğunu açıqladı. Şəhərin əsas prospektlərindən birində yerləşən ərazi üçün hər kvadratmetrə 1500 manat ödənilməsi təbii ki sakinləri razı sala bilməzdi. Özü də binanın Ağ Şəhər ərazisinə daxil olduğunu nəzərə alsaq, rəqəm gülünc görünürdü. Alternativ də yox idi. Yəni ən azından digər variant kimi onları həmin ərazidə normal şəraiti olan mənzillərə köçürülməsi nəzərdə tutulmurdu. Bakıda mənzillərin qiymətinin fantastik dərəcədə baha olduğunu nəzərə alsaq, sakinlər onlara ödənilən kompensasiya ilə ən yaxşı halda paytaxtın ucqar yaşayış məntəqələrində həyət evi ala bilərdilər. Buna görə də bina sakinləri nəzərdə tutulan məbləğə etiraz etdilər. 

Sakinlər iddia edir ki, binanın söküntüsü zamanı korrupsiya hallarına yol verilib. Onların sözlərinə görə, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək. 

Sakinlər deyir ki, bundan sonra məcbur qalıb, sənədlərə qol çəkiblər, lakin sonradan müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 1700- 2000 manat ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın. 

Sakinlər bildirir ki, onlar verilən kompensasiyanın azlığı səbəbindən özlərinə hələ də mənzil ala bilməyiblər. İcra Hakimiyyətindən kompensasiya təkrar baxılması istəklərinə isə müsbət cavab verilmir.“göydə” qalsın və pulunu ala bilməsin.

Biz artıq hüquqi dövlətdə yaşayırıq və burada məsələlər hüquqi yolla həll olmalıdır. Məhkəməmiz var, o qədər elə məsələlər olur ki. Deyirlər ki, aksiya olacaq. Aksiya zamanı keçdi. Gəlin, səmimi danışaq, hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq, hər birimiz dövlətimizin çiçəklənməsi üçün çalışmalıyıq. Ona görə də insan narazı ola bilər. Belədirsə, getsin məhkəməyə versin, məhkəmə də qərarını versin.

İnsanlarımız İcra Hakimiyyətinə düşmən kimi baxırlar. Amma səmimi deyək ki, sakinimizin problemi olmayanda biz də rahat oluruq. Başçının da hər həftənin bir günü hansısa bir məktəbdə səyyar qəbulu keçirilir. Gəlib müraciət etsinlər. Biz də mümkün olana çalışırıq.

Biz İcra Hakimiyyətiyik, konkret səlahiyyət çərçivəmiz var. Ondan o tərəfi digər qurumların işidir. Biz də üzərimizə düşəni maksimum dərəcədə çalışırıq ki, yüksək səviyyədə edək. Bu söhbət onda yarananda dedik ki, burada evlərin kvadratı azdır, ona görə də bunun dəyəri bir az yüksək olsun. Biz də çalışdıq. İndi qalan şeylərə görə məhkəməyə müraciət edə bilərlər”.

0.052062034606934