Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.
Modern.az xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə İsraildən olan Tohar Butbulla üz-üzə gəlib.
Rəqibinə məğlub olan R.Məmmədəliyev turniri gümüş medalla başa vurub.
Qeyd edək ki, turnirin ilk günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal əldə ediblər.