"100 min" manatlıq vəzifənin SİRRİ- Xocavənd "ASC"nin rəisi Malik Mirzəyev Meliorasiya və Su Təsərrüfatı" sədrinin deyil,icra başçısını göstərişlərini rəhbər tutur"adlı redaksiyamıza daxil olan material daxil olmuşdu.Məsələ ilə bağlı araşdırma aparmaq üçün adı çəkilən Xocavənd rayonu ASC idarəsinin rəisi Malik Mirzəyevlə telefon əlaqəsi saxlayaraq,qarşı tərəf olaraq mövqeyini öyrənmək istədik.
Açığı Malik Mirzəyev bəzi məmurlardan fərqli olaraq ,mədəni,səmimi şəkildə suallırımızı cavablandırdı.Onuda qeyd edək ki,mənbənin qeyd etdiyi özündən razı ,təkkəbürlü,zabitəli Malik Mirzəyevin tam əksini gördük.Mədəni,savadlı və sadə bir insanla söhbət etdik.
Malik Mirzəyev qeyd olunların heş birinin həqiqətə uyğun olmadığını bildirdi.
Təbii ki,iş olan yerdə nöqsanlarda olur.Amma biz hər an işimizin məsuliyyətini dərk edirik.Orda yazılanlar həqiqətdirsə,belə çıxır ki,biz anarxiya qurluşunda olan dövlətdə yaşayırıq?Azərbaycan hüquqi dövlətdir ,şükür Allaha orqanlarımız ,məhkəmə hüquq sistemimiz var.Şikayəti olan varsa ,anonim deyil ,rəsmi qaydada dövlətin lazımi orqanlarına müraciət etsin.Yox belə deyilsə, mən bunu şər böhtan hesab edirəm.
Hal hazırda kollektivimiz iş başındadır.
Bizim gündəlik fəaliyyətimiz , kənd təsərrüfatı ekinlərinin suvarılnasını , meliorasiya və irriqasiya işlərinin yerinə yetirilməsini təmin etməkdir.
Həmçinin balansda olan qurğuların və avadanlıqların istismarını həyata keçiririk .
Media olaraq buyurub ,gəlib yerində araşdırıb çəkliş edə bilərsiniz.
Bizimdə apardığımız araşdırmadan belə nəticəyə gəldik ki,
Xocavənd Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev və rəhbərlik etdiyi Xocavənd Suvarma Sistemləri İdarəsinin kollektivi üzərlərinə düşən vəzifəni yerinə yetirirlər. Gələcəkdə də Xocavənd Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyevə və rəhbərlik etdiyi kollektivinə işlərində müvəffəqiyyətlər arzu edirik.