Yeni rəis obyektlərdən alınan haqqın qiymətini qaldırıb

Yeni rəis obyektlərdən alınan haqqın qiymətini qaldırıb
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi ilə bağlı  ilginc məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, 3 saylı RETS-ə rəis təyin edilən Elnur Cəlilov müxtəlif obyektlərdən gizli şəkildə alınan "haqq"ın qiymətini qaldırıb. Belə ki, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəhbərliyindən 3 saylı idarəyə rəis təyin edilən  Elnur Cəlilovun yeni vəzifədə ilk işi qanunu pozaraq fəaliyyət göstərən bir çox obyektlərdən alınan "haqqın" miqdarını qaldırmaqdan ibarət olub. 
Bildirək ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarına nəzarət edir.

0.052272081375122