Hörmətli oxucular! Bəlkə də bir kimsə bu məqalənin başlanğıcını oxuyub öz-özünə sual verəcək ki, bir qədər gözdən uzaq, könüldən qıraq ərazidə fəaliyyət göstərən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına 2020-ci ildən rəhbərlik edən İlham Sofiyev, həqiqətənmi andi içdiyi “Hippokrat andı”na xəyanət edir? Yaxud da, bu şəxs hələ də daşıdığı vəzifəsinin mahiyyətini və əhəmiyyətini lazımınca qiymətləndirməyi bacarmır? Əslində Ağstafa MRX-na rəhbərlik edən İlham Sofiyev and içdiyi “Hippokrat andı”nın mahiyyətini də, əhəmiyyətini də gözəl başa düşür. Amma, ortada bir nüans var, o da bu şəxsin spirtli içkilərə hədsiz sevdasının olmasıdır. Məhz, belə bir səbəbdəndir ki, bu gün İlham Sofiyevin adı ətrafında belə bir fikrin formalaşıb və bu şəxsin içki düşkünü olması ictimai müzakirələrə səbəb olur. Bir anlığa diqqət yetirək ki, Ağstafa MRX-sı Publik Hüquqi Şəxsin baş həkimi İlham Sofiyevə, adı çəkilən bu səhiyyə müəssisəsində xəstələrə göstərilən xidmətin göstəricisi və yaxud da bu və digər məsələlərlə bağlı iş saatları zamanı sual verdikdə o, “Bilirsən nə var, bir də mənə səs göndərməyin, ling göndərməyin, şantaj eləmək istəyirsinizsə işinizdə olun. Oldumu! Mənim Allahım var, hökmətim var, dövlətim var, gözü görür. Siz işinizdə olun. Bir də mənə səs göndərməyin. Əəəgüstə dura bilmirəm, “dubl” piyanam. Danışığına da sən fikir ver. Mən həyatımda Allah adamıyam, içki deylən o, o….. Alikdə sənin kimi deyirdi, “gedirəm otağında ayıq tapmıram”. Mən içki içirəm, bir az ağıllı olun, ağıllı olun və işinizdə, işinizə ……. Mən səhər tezdən başdayıram, hardasa “zavtrak”dan. Axşama zornan yekunlaşdırıram. Vallah, deyirsən, mən başdyanan savaxnan günortanı itirerəm. Tezdən başdıyaram gözümə görünməsin ki, savax nə vaxt olur, günorta nə vaxt olur. Nə bilim, ayılanda savax saat 7-yə, 8-ə işləmiş, onnan başdıyıram, gecə saat 10-a kimi, onnan sonra gözümə yuxu gedir, savax bir də başdayıram. Mən gejiynən gündüzü itirmişəm, mən həddinən çox içirəm”.Bəli, bütün bunlar Ağstafa MRX-na rəhbərlik edən İlham Sofiyevə, iş saatları zamanı əməkdaşımızın bu və digər məsələlərlə bağlı ünvanladığı suallara verilən cavablardır. O halda ortaya belə bir sual çıxır ki, görəsən bu kimi göstəriciləri özündə cəmləşdirən və hal-hazırda Ağstafa MRX-na rəhbərlik edən bu şəxsin atdığı addımlarla bağlı səhiyyə naziri cənab Teymur Musayev xəbərdardırmı? Əgər xəbərdar deyilsə, o halda cənab Nazirdən onu xahiş edərik ki, həm Ağstafa səhiyyəsində lazımi yoxlamaların həyata keçirilməsinə göstəriş versin, həm də baş həkim vəzifəsini daşıyan İlham Sofiyevin “dubl” vəziyyətdə etdiyi çıxışa diqqət yetirsin. Yəqin ki, o halda Ağstafa səhiyyəsinin “etibarlı əl”də olduğu bəlli olacaq.
Mövzuya qayıdacağıq.