Sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq? - Ərdoğan açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla nəqliyyat infrastrukturunu inkişaf etdirəcəklərini açıqlayıb.

Bakupress.az xəbər verir ki Ərdoğan bunu Sivasda xalq qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli qatar dəmiryol xətləri Bakı-Tbilisi-Qarsa birləşəcək.

"Yerköy stansiyamızdan Kayseriyə bir əlaqə xətti quracağıq. Bu xətti Ərzincana, Ərzuruma və Qarsa qədər uzadacağıq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. "Dəmir İpək Yolu" adlandırılan bu xəttlə biz regionumuzda dünya əhəmiyyətli strateji "nəfəs borusu" açacağıq", - deyə Ərdoğan qeyd edib.

O, CHP sədri Kamal Kılıçdaroğlunun Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edib.

"CHP sədri kimi bütün bunları Azərbaycanı kənarda qoymaqla deyil, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Qarabağı yox sayan CHP rəhbərinə rəğmən bunu edəcəyik", - Türkiyə Prezidenti vurğulayıb.

0.057077884674072