Qanunvericilikdə məmurun bizneslə məşğul olması qadağan edilsə də, Şəkinin icra başçısı üçün bu qanun deyəsən, keçərli deyil.
İcra başçısı Elxan Usubovun adına iki şirkət var. Bununla bağlı məlumatı araşdırmaçı-jurnalist İsmayıl İslamoğlu “Facebook” hesabında paylaşıb.“CHEMİCO CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, “A.Q.T.İ.M.” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib.
Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur.
“A.Q.T.İ.M.” MMC-nin hüquqi ünvanı olan, AZ1108, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, 2095-2096-CI MƏHƏLLƏdə isə oğlu yaşayır və orada qeydiyyatdadır. Şəkinin icra başçısı Elxan Usubovun şəkidə dağlar qoynunda geniş mənzərəli bir villası da mövcuddur. (fotonu bura yerləşdirmişəm)
İndi çıxıb təkzib etsin ki, o bizneslə məşğul olmur.
Bu arada, başçının digər əmlaklarının siyahısını da yazıram, bəlkə sizlər üçün maraqlı olar görəsən Elxan müəllimin daha nələri var?
Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil
– Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil
– Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında mənzil
– Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi
– Şəkidəki süd zavodu – Şəkidə fəaliyyət göstərən sanatoriyalar
– Şəkidəki “Sünbül” çörəkbişirmə sexi
– Şəki, M.F.Axundov prospektində Hotel və Restoran
– Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
– Oğuzda meşədə restoranı
– Ağstafada bir neçə obyektlər
– Mingəçevirdə obyektləri
– Bakıda, Şağan Sun City ərazisində böyük bağı
– Gürcüstanda böyük fındıq zavodu