Kardiologiya İnstitutunda dözülməz idarəçilik və Səhiyyə Nazirliyinin gizlədilən...

Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu ətrafında söz-söhbətlər tükənmək bilmir. 

Mətbuatda İnstitutun direktoru Gülnaz Dadaşova ilə bağlı dəfələrlə dəfələrlə yazılsa və Səhiyyə Nazirliyi institutda bir həftə yoxlama aparsa da, vəziyyət dəyişməyib. 

O da maraqlıdır ki, nazirlik bu yoxlamaların nəticələri haqda məlumatları nədənsə hələlik gizli saxlayır. 

İnstitutdan gələn şikayətlərin isə ardı-arası kəsilmir verilən məlumatda bildirilir ki, bu günlərdə müayinə üçün girişdə xəstələrə verilən talonlar üçün bütün həkimlərdən adambaşına 10 manatdan pul yığılıb: "Halbuki İnstutut dövlət büdcəsindən maliyyələşir. Bu talonlar üçün büdcədən maliyyə ayrılır. Ancaq buna baxmayaraq, talonlar qeyri-qanuni olaraq, həkimlərdən məcburi pul yığılaraq alınır".  

Kardiologiya İnstitunun əməkdaşlarının narazı olduğu məsələ yalnız bundan ibarət deyil. 

Həkimlərin dediyinə görə, İnstitutda elə qanunsuzluqlar baş verir ki, "talon pulu" məsələsi onların yanında çox xırda məsələdir:

"Ən əsas problemlərdən biri İnstitutdakı mühit, despotik idarəçiliklə bağlıdır. Gülnaz Dadaşovanın direktor təyin olunmasından sonra "Elmi-Tədqiqat" sözü yalnız İnstitutun adında qalıb. Kardiologiya İnstitutu artıq elm ocağı olmaqdan çıxıb. Gülnaz Dadaşovanı burada hansısa elmi tədqiqatların aparılıb-aparılmaması maraqlandırmır. Onu maraqlandıran yeganə məsələ pul qazanmaqdır. O, böyük bir kollektivi "özününkülər" və "yadlara"a ayırıb. Kim onun dediklərinə əməl etmir, qanunsuz tələblərinə etiraz edirsə, həmin adam dərhal gözümçıxdıya salınır, təzyiqlərə məruz qalır, inzibati üsullarla ya zərərsizləşdirilir, ya da işdən uzaqlaşdırılır. İnstitutun direktoru özündən yaşca və təcrübəcə böyük olan alimləri, professorları saatlarla qapıda gözlədir, onlarla çox kobud rəftar edir, lazımsız tələblər irəli sürür, yersiz izahatlar yazdırır. Onun bu hərəkətlərinə qarşı çıxanları isə şər-böhtan atmaqla işdən uzaqlaşdırır”.

Həkimlərin dediyinə görə, Səhiyyə Nazirliyinin apardığı yoxlamalara qədər İnstitutda VİP otaqlar imkanlı xəstələrə pulla verilirmiş:

"Lakin yoxlama gələndən sonra həmin VİP palataların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Ancaq buna baxmayaraq, onun və yaxın ətrafının qanunsuz əməlləri davam edir. O, direktor təyin olunandan İnstitutun hərbi çağırışçılarla məşğul olan həkim komissiyasının üzvlərindən istifadə edərək, saxta sənədlərə qol çəkib küllü miqdarda gəlir əldə edir. Dəfələrlə xəstələrdən "fond pulu" yığılıb, palatalar onlara satılıb. 400 milliletirlik sistemlər tərkib hissələri nəzərə alınmadan, gigiyenik və antisanitar normalara uyğun olmadan iki-üç xəstə arasında bölünür. Köhnə, vaxtı keçmiş dərmanlar xəstələrə sırınır, təzə dərmanlar aptek şəbəkəsi vasitəsi ilə satılır. Funksional həkimlərdən 300-500 manat civarında pul yığılması, bu qaydaya əməl etməyənlərin isə işdən uzaqlaşdırılması da rəhbərliyin qanunsuz əməllərinin tərkib hissəsidir".

Kardiologiya İnstitunun əməkdaşlarının bildirdiyinə görə, Gülnaz Dadaşova faktiki olaraq, böyük kliniki və elmi məktəbir: göstərdi".

Şikayətçilərin sözlərinə görə, İnstitutda icbari tibbi sığorta məsələsi ilə bağlı da ciddi qanun pozuntularına yol verilir. Belə ki, bonusların paylanmasında problemlər yaşanır:

"Həkimlərə bonuslar qanunvericilikdə nəzərdə tutulduğu kimi deyil, aşağı məbləğdə verilir. Bəzi əlavələr isə ümumiyyətlə verilmir. Bununla əlaqədar olaraq  vaxtilə TƏBİB-ə və İcbari Sığortanın icraçı nümayəndələrinə şifahi və yazılı surətdə müraciətlər olundu, yoxlamalar gəldi. Lakin necə oldusa, Gülnaz Dadaşova yenə də bu məsələnin altından "aydan arı, sudan duru" çıxdı. İnstitutda işçilərin səbir kasanını daşıran son damla qəbul şöbəsinin növbətçi hıkimlərinə dövlət tətəfindən müəyyən olunmuş qanuni məvacibin kəsilməsi oldu. Onların şikayətlərinin araşdırılması əsnasında məlum oldu ki, həkimlərin qanuni maaşı kəsilib və şöbələrə yeni təyin olunmuş növbətçi həkimlərin maaşlarının üzərinə növbə sayına görə bonus şəklində əlavə olunub. "Hazırda institutda hər kəs növbədənkənar, bir və yaxud iki həftəlik qanuni məzunyyət götürməyə ehtiyat edir. Çünki hamı bilir ki, məzuniyyət pulu verilməyəcək, bu azmış kimi növbəti ay maaşdan da kəsiləcək. Ümumiyyətlə, son 3 ay ərzində işçilərə pressinq daha da artıb. İnstitutun əməkdaşlarınaa töhmət vermək adi hala çevirilib. Son 3 ayda 10 nəfərdən çox əməkdaşa töhmət verilib və başqa cəza tədbirləri görülüb. Direktor statusu, elmi dərəcəsindən asılı olmayaraq, hər kəsi kiçicik səhvinə görə izahat yazmağa və izahatın sonuna "mən bir daha belə etməyəcəm” cümləsini əlavə etməyə məcbur edir.

Elmi dərəcəsi olan, yaşlı, təcrübəli alimlər sanki körpə uşaqdırlar. Gülnaz Dadaşova normal idarəçiliyə xas olmayan bu cür "metod"larla İnstitutun əməkdaşlarını alçaldır və təzyiq altında saxlayır. Bir sözlə, Elmi-Tədqiqat Kardiologiya İnstitutu elm ocağından, elmi təkmilləşmə klinikasından "islah koloniyasına" çevirilib. Bu təzyiq və təhdidlərə, hədə-qorxuya, həkim və alim hüququnun tapdalanmasına məruz qalan əməkdaşların İnstitutdan başqa klinikalara axını başlayıb. Tibb üzrə fəlsəfə doktoru Rufanə Abdullayeva, elmi işçi Afət Quliyeva məhz İnstitutda yaradılan dözülməz, aşağılayıcı mühitə görə, öz xoşları ilə institutdan uzaqlaşmaq məcburiyyətində qaldılar. Belə getsə, İnstitutda  kardiologiya elminin inkişafı və tərəqqisi üçün çalışan heç bir dəyərli alim qalmayacaq", - şikayətçilər qeyd edirlər. 

Onların sözlərinə görə, Kardiologiya İnstitunda bu "qayğı" və "diqqət" yalnız elmi işçilərə, tibbi personala deyil, xəstələrə də göstərilir:

"Yay aylarında ağır ürək çatmazlığı və tənəffüs problemləri olan xəstələr isti otaqlarda boğulur. Otaqlarda kondisioner yoxur. Koridorlardakıkondisionerlər isə həkimlər tərəfindən pul yiğılaraq alınıb. Bütün inzibati kabinetlərdə, direktorun otağında isə müasir komdisionerlər quraşdırılıb. Şöbələrdə yatan 40-50 xəstəyə yalnız 2 tualet fəaliyyət göstərir, yuyunmaq üçün nə xüsusi otaq ayrılmayıb, nə də isti su yoxdur".

Şikayətdə qeyd olunan məqamlarla bağlı Kardiologiya İnstitunun direktorunun mövqeyi öyrənmək mümkün olmayıb. 

0.055140972137451