Qobustanda baş verən qəzada ölənlərin sayı ARTDI

Qobustanda dünən baş verən ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

 

BakuPress.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

 

Bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı orada vəfat edib.

 

Xatırladaq ki, ötən gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

0.037946939468384