Buralarda müştəri məmnuniyyəti önəmli deyil... - ŞİKAYƏT

Metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışı yönündəki “Bazarstore” marketinin istehlakçı hüquqlarını pozmasının yeni metodu üzə çıxıb. Marketin giriş – çıxış qapısının üstündə saat 8-dən 23-ədək işləməsi yazılsa da, gecə saat 11 olmamış qapılar bağlanır. Elə olur ki, iş vaxtının bitməsinə hətta yarım saat qalmış marketə girişə “stop” qoyulur. Bu barədə edilən vətəndaş müraciətlərində giley olunur.

Narazı vətəndaşlar daha sonra yazır: "19 may 2023-cü ildə saat 22-40 radələrində sözügedən marketə girmək hüququmuza qapıdan içəridə olan texniki personal qadağa qoydu ki, bəs girmək olmaz, yalnız çıxışa icazə verilir. Gəl bir verilməsin! “Axı hələ marketin bağlanmasına 15 dəqiqədən də çox var” etirazına gənc “qapıçı” “bəs biz adam deyilik?” cavabını verib, nisbətən yaşlı administratoru çağırdı. Gözləmək olardı ki, administrator müştərinin hüquqlarına hörmətlə yanaşar, di gəl, o da gənc həmkarını müdafiə etdi.
Maraqlıdır, iş vaxtının göstərilən müddətdən 15-20 dəqiqə tez qurtarmasını , marketin tez bağlanmasını işçi heyəti “adam olmaq” istəmələri ilə izah edirlər. Bəyəm “adam olmağa” 15-20 dəqiqə gərəkir? İstehlakçı hüquqlarını pozmaqla “adam olmaq” hüququnu təmin etmək isə yolverilməzdir. Xidmət sektorunda ADAM kimi xidmət göstərilməsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbidir.
Marketi 15-20 dəqiqə tez bağlamaqla, işdən 15-20 dəqiqə tez çıxmaqla “adam olmaq” mümkün olsaydı , ölkədə qaça-qaç düşərdi..."

İddia olunanlarla bağlı Bakupress.az azolaraq qarşı tərəfi də dinləməyə hazırıq...

0.043847799301147