Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ödənişləri müvafiq olaraq bank kartları vasitəsi ilə ala biləcəklər. Bununla da, may ayının bütün sosial ödənişlərinin verilməsi tamamlanacaq.