Sinan Oğan qərarını AÇIQLADI

ATA İttifaqının Türkiyə prezidenti postuna namizədi olmuş Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayıb.

 

Bakupress.az bildirir ki, bununla bağlı mətbuat konfransı keçirən Oğan seçkilərin ikinci turunda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

 

O, tərəfdarlarını Ərdoğana səs verməyə çağırıb. Bundan əlavə, Türk Dövlətləri Təşkilatının gücləndirilməli olduğunu deyib.

 

Qeyd edək ki, Sinan Oğan seçkilərin ilk turunda 5%-dən çox səs toplayıb. Onun namizədi olduğu ATA İttifaqına daxil olan Ədalət Partiyası CHP lideri Kamal Kılıçdaroğlunu dəstəkləyib, Zəfər Partiyası isə qərarını sabah açıqlayacaq.

 

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İkinci turda Ərdoğan və Kılıçdaroğlu mübarizə aparacaq.

0.034427881240845