Bolqarıstan Azərbaycanın olduğu sazişə qoşulacaq - ÖZƏL

Bolqarıstan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinə qoşulacaq.

 

Bunu  açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.

 

Onun sözlərinə görə, Bolqarıstanın sazişə qoşulması yaxın bir ay ərzində mümkün olacaq.

 

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Buxarestdə imzalanıb. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də iştirak ediblər.

0.027613162994385