Parlament çoxluğu bizə verildi - Ərdoğan

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçirilmiş seçkilərin ilk turu barədə fikirlərini bildirib.

 

BakuPress.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan partiyasının daxil olduğu "Cümhur İttifaqı"nın parlament seçkilərində topladığı səsdən danışıb.

 

"Millətimiz mayın 14-də 323 deputatla Məclisin çoxluğunu bizə verərək öz iradəsini bəyan edib. Mayın 28-i də belə olacaq", - deyə o qeyd edib.

 

Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.

0.034109115600586