İki nəfərin ölümünə bais olan və həbsdə oturub çöldə restoranlar işlədən "Kamal" kimdir? - DƏHŞƏTLİ FAKTLAR

Bir neçə il bundan öncə köhnə adı "Baku City” olan indi isə "Yaşıl Ada" altında fəaliyyət göstərən restoranda 1993-cü il təvəllüdlü Qurbanov Ülvin Fikrət oğlu qohumu Baxışov Rahil Fazil oğlu ilə birlikdə "Chivas Regal” markalı viskidən qəbul edib. Elə həmin gün axşam saatlarında zəhərlənmə nəticəsində Ü.Qurbanova tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti daha da ağırlaşıb. Bakı xəstəxanalarının birinə aparılarkən, yolda təcili yardım maşınında dünyasını dəyişib.

Daha sonra Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov "Baku Voice Rooms” restoranında dostu Cəlal Həmzəyevlə dincəlib. Burada onlar biraz spirtli içki içib, sonra Tbilisi prospektində yerləşən "Bakı City” indiki adı "Yaşıl Ada" restoranına gediblər. Orada içki içməyə davam ediblər.

Həmin restoranda içki içən polis vəfat edib, dostu isə tamamilə kor olub. Onların sözü gedən restoranda "Chivas Regal 12” viskisinin etil sipirtden hazırlandığı məlum olub. Baş vermiş hadisə ilə bağlı sözü gedən məkanın sahibi "Kamal" ləqəbi ilə tanınan iş adamı Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri ilə ittiham irəli sürülərək barəsində həbs qəti imkan tədbiri seçilib və ona qarşı elan olunan ittihamlar məhkəmə istintaqında sübut olunaraq, 5 il azadlıqdan məhrum edilib.

Füzuli Alıyev (Kamal)

Cəzasının bir hissəsin çəkdikdən sonra müxtəlif vasitələrlə azadlıqa çıxıb. Lakin bir neçə ay sonra zərərçəkmişlərin ailələri iş adamının azadlığa buraxılmasına narazlıq ediblər və bununla bağlı yuxarı istansiyalara şikayət məktubları yazılıb. Müraciətlərdən sonra baş prokurorluq işi nəzarətə götürərək "Kamal" ləqəbi ilə tanınan Füzuli Alıyevin işindən protest verib. İttihamçı prokurorun protesti təmin olunaraq, iş adamı yenidən həbs olunub.

Hal-hazırda 17 saylı cəzaçəkmə müəssəsində cəzasını çəkməkdədir. Bir müddət əvvəl sözü gedən iş adamı ilə tanınmış meyxanaçı Aqşin Fatehin şərikli biznesi olması və daha sonra bu biznes şərikliyinin sonu mübahisələrlə nəticələnməsi haqqında ölkə mediasında kifayət qədər məlumatlar dərc olnub. "Kamal" ləqəbli iş adamı Aqşin Fatehlə birlikdə  “ByFateh1” Restoranı açıblar aralarında insidentdən baş verib. Bəlli olmayan səbəbdən F.Alıyev, A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. A.Fateh təhvil-təslim üçün restorana gedib və tərəflər arasında dava düşüb.

Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət edib bildiriblər ki, A.Fateh bir neçə idmançıyla restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, Bu zaman restoranda gül satan qız isə zədələnib. İddialar böhtan olduğundan iş adamının şikayəti əsasız olduğu üçün 6-cı Polis Bölməsində şikayəti rədd edilib.  

Daxil olan məlumata görə sözü gedən məkan hal-hazırda "Yaşıl Ada" adı ilə fəaliyyətini davan etdirir. Restoran xanımlardan birinin adına rəsmiləşdirilsə də məkanı "Kamal" adlı iş adamı Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyevin nəzarətindədir. Amma 17 saylı cəzaçəkmə müəssəsində cəza çəkən Füzuli Alıyev həbsxanadan demək olar ki, hər gün restoranı işlədən əsas nəzarətçilərlə əlaqə saxlayır.

Kəmaləddin Alıyev

"Kamal" ləqəbli iş adamının və onun qardaşı Kəmaləddin Alıyevin idarə etdiyi "Yaşıl Ada" restoranında demək olar  ki, süni qiymət artımı fantastik dərəcədədir. Ölkədə insanların sosial durumu ağır olan bir vaxtda bu restoran müştərilərə qənim kəsilib. Hansısa qonağınla məkana üz tutsan 300-400 manat hesab ödəməlisən və ödəmədiyin halda isə müxtəlif təzyiqlər və qolu zorbalı adamlarla üzləşə bilərsən.

Hətta bu restoranın qorunması üçün qazilərdəndə istifadə olunur. Demək olar restoranda hər gün vətən uğurunda canından keçən qazilərmizə də rast gəlmək olar. Restoranda hər hansı neqativ hal təkrarlanarsa dərhal bir neçə qazi sinəsin irəli verib, məkanın onlara məxsus olduğunu bildirirlər.  

"BakuPress.az" yazıda adı keçən hər kəsin mövqeyin dərc etməyə hazırdır

0.034718990325928