Qobustanda dəhşətli qəza - 5 nəfər öldü

Qobustan rayonunda ağır yol qəzası baş verib.

 

Bu barədə Bakupress.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

0.029976844787598