Sinan Oğandan növbəti paylaşım: Sabah saat 17:00-da...

ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan seçkilərin ikinci turu ilə bağlı qərarını açıqlayacaq.

 

Bakupress.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.

 

Oğan qeyd edib ki, seçkilərin ikinci turu ilə bağlı mövqeyini açıqlamaq üçün mayın 22-si saat 17:00-da (Bakı vaxtı ilə 18:00) mətbuat konfransı keçirəcək.

 

“Qərarımızın hər hansı bir motivə əsaslanmadığını, türk millətinin gələcəyinin, ölkəmizin birlik və bütövlüyünün önəmli olacağının və məsələlərə bu prinsip əsasında baxdığımızın bilinməsini istəyirik", - paylaşımda deyilir.

 

Qeyd edək ki, Sinan Oğan birinci turda 5%-dən çox səs toplayıb. O, bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kemal İlə görüşlər keçirib.

0.041754007339478