Müəllimin şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır

Sumqayıt şəhərində hazırlıq kurslarının birində riyaziyyat müəllimi E.Qurbanovun şagirdləri məftillə vurması ilə bağlı yayılan görüntülər araşdırılır.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, cari ilin yanvar ayında qeydə alınan fakt üzrə müəllim və şagirdin valideyni Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb.

İdarənin təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.

0.042265892028809