Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Avropa kuboku turniri davam edir.
“Bakupress.az ” xəbər verir ki, yarışın birinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
Yarışın ilk günündə 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (66 kq) qızıl medal, Kamran Süleymanov bürünc medal əldə ediblər.
Turnirdə 73 kiloqram çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İ.Əliyev qızıl medal qazanıb. Digər cüdoçumuz bürünc medalla kifayətlənib.
Avropa kuboku turnirinə bu gün yekun vurulacaq.