“Bunu etmək Fransa üçün şərəf məsələsi idi”

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskiyə G7-nin Xirosima sammitinə uçmaq üçün hökumət təyyarəsi verib.

Bakupress.az ” “RİA Novosti“yə istinadən xəbər verir ki, Makron hökumət təyyarəsinin verilməsi qərarını “şərəf işi” kimi izah edib.

O, Fransanın Ukraynanı əvvəldən dəstəklədiyini və həll yollarını axtardığını vurğulayıb:

“Bunu etmək Fransa üçün şərəf məsələsi idi”.

Qeyd edək ki, G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçirilir

0.037635087966919