İtaliyanın Baş naziri G7 sammitini yarımçıq tərk edib

İtaliyanın baş naziri Corc Meloni ölkəsindəki daşqınlar səbəbilə G7 liderlərinin sammitindən İtaliyaya erkən qayıtdığını açıqlayıb.

"Bakupress.az " xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

“Vicdanım məni bu çətin məqamda qayıtmağa məcbur edir. Mənə mayın 23-də Nazirlər Şurasının iclasını daha yaxşı hazırlamaq üçün vaxt lazımdır. Bu iclasda zərər çəkmiş ərazilərə dəstək üçün tədbirlər görüləcək”, - Meloni bildirib.

Qeyd edək ki, İtaliyanın Emiliya-Romanya regionunda leysandan sonra bir anda 23 çay məcrasından çıxıb, 280 sürüşmə baş verib. 41 şəhər su altında qalıb. “The Guardian“ yazır ki, bu, son 100 ilin ən güclü daçqınıdır.

0.04419207572937