"Verilişə çıxmaq üçün külli miqdarda pul istəyən..." - Tolik açıqladı

Prodüser Tarix Əliyevin (Tolik) polisə müraciət edib.

Bakupress.az xəbər verir ki, bu haqda Tarix Əliyev şəxsi İnstaqram hesabında məlumat verib:"Sosial şəbəkələrdə bir qrup insan, əsas da xəstə uşaqların valideynlərini aldadaraq onlardan mənim lahiyə rəhbəri olduğum "Ümid ilə gəl" verilişinə çıxmaq üçün külli miqdarda pul istəyiblər. Bəzi valideynlər çarəsizlikdən onlara inanıb pul vermək istəyir ki, təki Tolikin verilişinə çıxaq, uşağımızın dərdini kütləyə çatdırıb pul yığaq. Bu, yalandır və sağ olsun polis həmin şəxsi müəyyənləşdirdi. Hazırda istintaq gedir. Buradan bir daha deyirəm, bizim verilişə heç bir ödəniş olunmur. Xəstə uşaqlar üçün verilişdə pul yığmıram. Ona görə də belə hallara inanmayın".

0.069433927536011