Gəncədə kafeyə qumbara ATILDI - YENİLƏNİB

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı əlavə məlumat veriləcək

 

***

20:40

Gəncədə qumbara partlayıb.

 

Xəbər verilir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

 

Sözügedən ünvanda yerləşən kafeyə naməlum şəxs qumbara atıb. Qumbara partlayıb, hadisə vaxtı ölən və xəsarət alan olmayıb. İlkin məlumata görə, həmin ərazidə dava olub.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

0.030173063278198