Azərbaycanla mühüm məsələlərdə razılığa gəlmişik - Paşinyan

“Brüssel danışıqları zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”.

 

Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə görüşdə deyib.

 

Paşinyan Brüssel görüşünü müsbət qiymətləndirdiyini bildirib. Lakin o, hansı məsələlərdə razılığa gəlindiyini açıqlamayıb.

 

Qeyd edək ki, mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

0.036502838134766