Müğənni Murad Arifin uzun müddətdir hazırlaşdığı solo konserti ötən gün baş tutub.

Bakupress.az xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən gecədə sənətçi hit mahnılarını və duetlərini səsləndirib. Gecəyə "İnşallah" mahnısı ilə başlayan Murad ilk çıxışı zamanı kövrəlib. 

"Qəlbimdəki melodiyaları insanlara ötürmək istəyən sadə bir azərbaycanlının xəyallarının gerçəkləşməsidir. Mahnı yazan insan emosiyanaldır. Sadəcə, onları sözlə və ya göz yaşı ilə ifadə etməyi sevmirəm" deyə, müğənni bildirib.

Gecədə duet ortaqları da Muradı tək qoymayıb. Murad Xalq artisti Tünzalə Ağayeva ilə "Ürəyimsən", Əməkdar artist Lalə Məmmədova ilə "Bu şəhər ikimizə dar", müğənni Günel Zeynalova ilə "Tufan" mahnılarını oxuyub.

Gecədə sənətçi Xalq artisti Aygün Kazımova ilə oxuduqları "Kokteyl" mahnısını ilk dəfə təqdim edib. 

Konsert zamanı Xalq artisti Flora Kərimova da Muradı təbrik edib. O, gecəyə qızı Zümrüd və 1 yaşlı nəvəsi Lorenlə birlikdə qatılıb. 

Həyat yoldaşına həsr etdiyi bəstəni ifa edən sənətçi "Evə pis əhvalla, əsəblə gəlirsən. Buna tab gətirmək lazımdır. Mənim həyat hekayəmin görünməz qəhrəmanı var. 16 ildir ki, həyatımın xanımı" sözlərini əlavə edib. 

Konsert "Qələbə" mahnısı ilə başa çatıb. 

Foto: İlqam Cəbiyev 

0.056419134140015