Kraliçanın dəfninə nə qədər xərclənib?

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən vəsait açıqlanıb.

Bakupress.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimə 161.7 milyon funt-sterlinq (təxminən 340 milyon 815 min manat) xərclənib.

Bu barədə Britaniyanın Maliyyə Nazirliyinin birinci müavini Con Qlen bildirib.

O qeyd edib ki, 11 günlük milli matəmə və kraliçanın dəfnində ən əhəməiyyətli xərclərə Daxili İşlər Nazirliyi (73,68 milyon sterliq) və  Mədəniyyət, Media, İdman Nazirliyi (57,4 milyon sterliq) sahib olub.

Qeyd edək ki, Kraliça 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib.

0.036607027053833