Ərdoğanın Sinan Oğanla görüşü başladı - Yenilənib+Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan ilə görüşəcək.

Bakupress.az ” “TRT Haber”ə istinadən xəbər verir ki, görüşün bu gün İstanbulda Dolmabağçadakı ofisdə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb.

 
 
 
 
 

Mayın 28-i ikinci tur baş tutacaq.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğanla görüşü başlayıb.

Görüş mediaya qapalı şəkildə keçirilir.

 

 

 
0.03973388671875