İrəvanda yenə aksiya keçirilir - Video

Ermənistanda müharibə zamanı ölən hərbçilərin yaxınları İrəvanda Şenqavit məhkəməsinin qarşısında aksiya keçirir.

Bakupress.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, etirazçılar məhkəmənin Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda şübhəli bilinən Qayana Akopyanın həbsi ilə bağlı qərarın baxılmasını sabaha saxlamasına etiraz ediblər. 

Aksiya iştirakçıları hadisə yerinə gələn polis avtomobillərinin yolunu bağlamağa çalışıb.

Nəticədə etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polis əməkdaşları ölən hərbçilərdən birinin qohumunu saxlayıb. Onun üzərində bıçaq olduğu bildirilib. 

Xatırladaq ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb.

 

0.043855905532837