Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək.
BakuPress.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən yazıb.
Bildirilib ki, burada o, Ərəb Dövlətləri Liqasının iclasında iştirak edəcək.
Zelenski daha sonra Yaponiyaya - Xirosimaya gedəcək və G7 sammitinə qatılacaq.