“Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri Seyran adlı şəxs 30 Azərbaycan vətəndaşını qul kimi işlədib, indi də “gedin kimə istəyirsiz deyin, mən qanun-qayda saymıram” deyib pullarını vermir.
"Bakupress.az " bildirir ki, “Yeni Müsavat”ın redaksiyasına müraciət edən zərərçəkənlər daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyirlər. Deyirlər ki, Biləsuvar Polis Şöbəsinə müraciət edib qanunsuzluğa son qoyulacağını düşünüblər. Lakin proses onların düşündüyü tərəfə istiqamət almayıb.qurtardıqdan sonra Seyran pulu vermədi. Bəhanələr gətirdi, guya sexin yerini betonlayarkən tam hamar, yəni parlaq olmayıb, matıvı vurulub.
Mən təkrar aparat gətirdim, 6-7 min manat xərc çəkdim, sexin betonunu parlaq hala gətirib yondum. Bundan sonra Seyran başqa bəhanələr gətirdi, kanalların çəkilməsini tələb etdi, biz kanalları da çəkdik. Mən ondan görülmüş işlərlə bağlı təhvil-təslim olunmasını və pullarımızı ödəməsini tələb etdim. Quşçuluq fabrikinə gəldim, onun sexdə işlərini görən Vasiflə görüşdüm.
Digər işlərlə bağlı aramızda akt yazmışdıq, Vasif, hansı ki, pullarını verdikləri işlərlə bağlı sənədlərə imza atdı. Lakin beton işinin sənədinə imza atmadı, dedi Seyran müəllim bildirib ki, beton işini özü təhvil-təslim edəcək. Bu söhbətimiz 2022-ci ilin oktyabr ayında, işi görüb qurtardıqdan 2 ay sonra oldu. Bundan bir həftə sonra Vasif bildirdi ki, Seyran müəllim gəlib.
Mən Səmədabad kəndində yerləşən Quşçuluq fabrikinə getdim və Seyranla görüşdüm. Seyran bildirdi ki, betonun markasında məni aldadıblar, marka 200 olmalıdır, mənim bəsimdir, 150 marka olduğu üçün mən pulunu vermirəm. Bakıdan betonun markasını yoxlamaq üçün mütəxəssis gətirdim, yoxladıq, məlum oldu ki, betonun markası 200-dən yuxarıdır.
Bundan sonra Seyran daha bir bəhanə uydurdu, dedi ki, işi səninlə danışmamışam, Xalidlə və Zaminlə danışmışam. Beton işlərinin mənim tərəfdən görüldüyünü xatırlatdım, dedim ki, Xalid və Zaminlə əlaqə saxla, pullarımız ödənilsin. Seyran danışaram desə də, sonradan dedi ki, mən sizi tanımıram və pulunuzu da vermirəm, gedin kimə istəyirsiz deyin!”
Zərərçəkənin sözlərinə görə, ümid yerləri daxili işlər naziridir: “Cənab nazirə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətindəyik. Hesab edirik ki, cənab nazir 30 Azərbaycan vətəndaşına qarşı dələduzluq işini şəxsi nəzarətinə götürsə, qısa zaman ərzində bizim haqqımız ödənəcək. Seyranın bizim haqqımızı ödəmək üçün kifayət qədər pulu və imkanı var. Sadəcə, tərslik edir, qanunları saymır. Hüquq-mühafizə orqanı ona Azərbaycanda yaşadığını, Azərbaycan qanunlarına tabe olmalı olduğunu xatırlatmalıdır”.
"Bakupress.az bildirir ki, “Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə əlaqə saxlayıb. O, ittihamlara münasibət bildirməkdən yayınıb.