Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitində iştirak edəcək.
Bakupress.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, o, Yaponiyanın Hiroşima şəhərində keçiriləcək sammitə onlayn qatılacaq.
Qeyd edək ki, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Kanada və İtaliyanın üzv olduğu təşkilatın sammitində qlobal iqtisadi vəziyyət, Ukrayna, Tayvan və digər məsələlər müzakirə olunacaq.