"Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır".
Bakupress.az -ın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır: "Artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır. Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq".