İşlə bağlı yaş məhdudiyyətini aradan qaldıraq - Komitə sədri

65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmirəm.

 

Bakupress.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində deyib. 

 

Komitə sədri bildirib ki, yaş insanın əmək fəaliyyətinə mane ola bilməz.

 

"Özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışağıq ki, bu məhdudiyyəti aradan qaldıraq", - deyə Musa Quliyev bildirib.

0.064439058303833