“Laçın”dan yayılan bu görüntülər növbəti erməni yalanını ifşa etdi - VİDEO

Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi barədə yaydıqları məlumatın yalan olduğu bir daha təsdiqini atpdı.

 

Bakupress.az xəbər verir ki, sosial şəbəkələrdə “Laçın” sərhəd-keçid məntəqəsindən BQXK-nin avtomobillərinin rahat şəkildə, heç bir narahatlıq yaradılmadan hərəkət etməsinin görüntüləri yayılıb. Həmin kadrlardan da bir daha görünür ki, BQXK-nin fəaliyyətinə heç bir maneə yaradılmayıb.

 

Qeyd edək ki, erməni siyasətçilər və media mənsublarının Azərbaycan sərhədçilərinin guya BQXK-nin fəaliyyətinə maneə yaratdığı barədə təbliğatını Qırmızı Xaçın İrəvan bürosu təsdiqləməmişdi. BQXK də yayılan məlumatın əsası olmadığını, müraciət edildiyi halda fəaliyyətlərinə uyğun Xankəndiyə gedə bildiklərini açıqlamışdılar.

 

0.0399010181427