Türkiyə Daxili İşlər Nazirliyi Tekirdağ vilayətinin böyükşəhər bələdiyyəsinin rəhbərliyinə qarşı araşdırma başladıb.
Bakupress.az xəbər verir ki, buna səbəb zəlzələ qurbanlarının qaldıqları oteldən çıxarılmasına cəhd edilməsi barədə şikayətlərin daxil olması olub.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, şikayətlər seçkidən dərhal sonra edilib.
"Bələdiyyənin baş katibi və digər məsul şəxslərlə bağlı araşdırmalara başlanılıb”, - nazirlik qeyd edib.
Diqqətə çatdırılıb ki, bələdiyyə təmsilçiləri CHP üzvləridir.