“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiq edilib.
Bakupress.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, bu qayda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibini, təşkili və fəaliyyəti qaydasını müəyyən edir. İşçi Qrup İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərir.Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanların (tövsiyə edilən qurumların) nümayəndələrindən ibarət olur. İşçi Qrupun tərkibinə insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.
əlaqələndirir;
- Milli Fəaliyyət Planının icrası zamanı qarşıya çıxan problemlərin həlli üçün müvafiq təkliflər hazırlayır; - Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında operativ qaydada məlumat və qarşılıqlı informasiya mübadiləsini təmin edir;
- Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (tövsiyə edilən qurumlar) arasında təcrübə mübadiləsini təmin edir;
Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür.
İşçi Qrupun fəaliyyətinin təşkilati təminatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.