BQXK Laçın-Xankəndi yolunda fəaliyyətini bərpa edib

Mayın 17-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolu ilə tibb müəssisələri üçün dərman və digər tibbi ləvazimatların çatdırılmasını bərpa edib.

 

Bunu cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

 

"Laçın-Xankəndi yolu ilə digər əməliyyatların da bərpası ilə bağlı müzakirələr davam edir",- deyə o bildirib. 

0.043823957443237