Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı yaşadığı evin qarşısında qaçırmağa cəhd ediblər.
Bakupress.az xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti yazıb.
İlkin məlumata görə, adam oğurluğuna cəhd edənlər “Oğulların çağırışı” adlı QHT-nin üzvləridir. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Baş nazirin oğlu qaçmaq istəyərkən, qrup üzvlərinin arxasınca gələn avtomobil onu vurub.
Hadisə nəticəsində Aşot Paşinyan ayağından xəsarət alıb.
İnsident törədən şəxslər ərazidən uzaqlaşıblar. A.Paşinyan hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı araşdırma aparılır.